"Miss Top Model Azerbaijan": Ərizə qəbulu başladı! - FOTO

"Miss Top Model Azerbaijan": Ərizə qəbulu başladı! - FOTO
15:42 24 Oktyabr 2016
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın dəb sənayesində yenilik - "Miss Top Model Azerbaijan" müsabiqəsi!

Azərbaycanda ilk dəfə milli top-model müsabiqəsinə start verildi. "Miss Top Model Azerbaijan"ın digər müsabiqələrdən fərqi ondan ibarətdir ki, bu müsabiqəyə modellik biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər qatıla bilərlər.

Artıq əminliklə deyə bilərik ki, bahar, bayramlarla yanaşı, gözəllik və qrasiya ilə zəngin olacaq, çünki hər ilin bu fəsilində Azərbaycanın ən tanınmış və gözəl top-modelləri bir podiumda müsabiqənin tacı uğrunda mübarizə aparacaqlar.

Bu ilin noyabrında start verən ilkin seçim turlarının nəticəsi ilə 2017-ci ilin mart ayında "Miss Top Model Azerbaijan" müsabiqəsinin finalı baş tutacaq.

"Biz inanırıq ki, "Miss Top Model Azerbaijan" Bakının və bütövlüklə Azərbaycanın ən yadda qalan modellik müsabiqələrindən birinə çevriləcək. Finala hazırlıq vaxtı modellərlə professional xoreoqraflar, quruluşçu-rejissorlar, fotoqraflar və dizaynerlər məşğul olacaqlar. Müsabiqədə 17-26 yaş arası, subay və yalnız Azərbaycan vətəndaşı olan xanımlar iştirak edə bilərlər", - bunu müsabiqənin təşkilat komitəsi qeyd etdi.

Müsabiqənin iştirakçıları qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında anket doldurulmaqla həyata keçiriılir: http://www.misstopmodel.az/form


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR