Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib

Prezidentin tapşırığı ilə Əli Həsənov Türkiyəyə səfərə gedib
16:12 24 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.
“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən ictimai-siyasi sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.
Türkiyə və Azərbaycan diasporlarının mütəşəkkil və birgə fəaliyyətinin təmin olunması istiqamətində yeni strategiyanın müəyyənləşdirilməsi ilə əlaqədar məsələlərə diqqət yetirilib.
Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.


Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/prezidentin-tapsirigi-ile-eli-hesenov-turkiyeye-sefere-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR