İŞİD lideri Mosuldan qaçdı

İŞİD lideri Mosuldan qaçdı
16:17 24 Oktyabr 2016
40 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD lideri Əbubəkir Bağdadi Mosuldan qaçıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, İraqdakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaniyə yaxın olan "Rudaw" agentliyi İŞİD rəhbərinin son olaraq bu ayın 19-da Mosulda göründüyünü yazıb. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan xəbərdə qeyd edilir ki, İraq ordusu və kürd qüvvələrin Mosulun terrorçulardan azad edilməsi ilə bağlı başlatdığı əməliyyatdan sonra şəhərdə hərəkətlilik artıb və İŞİD-ə rəhbərlik edən əsas komandirlər buranı tərk ediblər. Bağdadi də bəzi komandirlərlə birgə Suriyanın Rəqqa şəhərinə çəkilib.

Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir və birləşmiş qüvvələr Mosulun 5 kilometrliyindədir. Şəhərdə hazırda 4-8 min İŞİD terrorçusunun olduğu ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR