Zığda sürüşmə aktivləşib, torpaq və tikililərdə çatlar genişlənib

Zığda sürüşmə aktivləşib, torpaq və tikililərdə çatlar genişlənib
16:27 24 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

"Son günlər yağışların təsirindən Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur".

Milli.Az bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
 
Onun sözlərinə görə, Zığ sürüşmə sahəsindəki qırılma xətlərində, torpaq qatında və tikililərdə çatlar genişlənib: "Bəzi yerlərdə isə çökmə-oturma hadisəsi baş verib".
 
R. Həsənov qeyd edib ki, Zığ sürüşmə sahəsində torpaq genişlənmələri bəzi yerlərdə 3-4 sm-ə çatır.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR