Azərbaycan OPEK-in görüşünə dəvət aldı

Azərbaycan OPEK-in görüşünə dəvət aldı
16:42 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Azərbaycan oktyabrın sonlarında Vyanada keçiriləcək OPEK-in Əlcəzair müqaviləsinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasına rəsmi dəvət alıb".

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycan dəvəti qəbul etmək və iclasda iştirak etmək niyyətindədir: "Dəvət bu gün göndərilib. Bu, OPEK ölkələri nazirlərinin və təşkilata daxil olmayan istehsalçıların profil görüşü olacaq. İclas oktyabrın 28-31-də keçiriləcək. Bizim mövqeyimizə gəlincə, Azərbaycan iştirak etmək niyyətindədir".

Qeyd edək ki, sentyabrın 28-də OPEK-in Əlcəzairdəki qeyri-formal görüşündə hasilatın sutkada 32,5-33 milyon barel diapazonunda məhdudlaşdırılması ilə bağlı razılığa gəlinmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/482664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR