İrəvanda durum: "Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır"

İrəvanda durum: "Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır"
16:47 24 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

İrəvan bazarında alıcıların sayı gündən-günə azalır.

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu bazardakı satıcılar da təsdiqləyir və narazılıqlarını qeyd edirlər.

"Xalqın alıcılıq qabiliyyəti yoxdur, iş yoxdur, əldə pul da yoxdur, vəziyyət tamamilə iflic olub. Adamlar heç nə almaq imkanında deyillər. Əgər hökumət belə siyasət yürütməkdə davam edəcəksə, Ermənistan tamamilə boşalacaq.
Biz yeni baş nazirə bəzi ümidlərimizi bağlayırıq. O, ciddidir, nizam-intizamlı adamdır. Ola bilsin ki, o, ölkə üçün yaxşı nəsə dəyişsin, bu, yuxarıdan təzyiq göstərilməsə, mümkündür", - satıcılardan biri deyib.
Digər satıcı da qiymətlərin yüksək, pulun olmaması səbəbindən vəziyyətin bu kökə düşdüyünü bildirir: "Adamlar gəlirlər, baxıb gedirlər, yaxud çox az şey alırlar".
Üçüncü satıcı əlavə edir: "Bütün xalq Moskvaya yollanır. Artıq burada heç kim qalmayıb. Axşamlar pəncərədən baxırsan, evlərdə işıq da yanmır".
"Bütün hökumətlərin zamanında xalq bu çuxurdan çıxa bilməyib", - cavan satıcı qeyd edir. Onun fikrincə, hökumətdən heç bir gözləntisi yoxdur: "Yalnız özümüzdən nəsə gözləyirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482646.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR