Avtobuslar qış rejiminə keçir

Avtobuslar qış rejiminə keçir
16:47 24 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı məktub göndərəcək".

Milli.Az bildirir ki, bunu Trend-ə Agentliyin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

M.Ağayev bildirib ki, ümumiyyətlə, hər gün avtobuslar xəttə çıxmazdan əvvəl qarajda texniki baxışdan keçməlidir: "Bu baxış istənilən hava şəraitində olmalıdır. Amma xüsusi olaraq qış rejimi ilə bağlı bütün daşıyıcılara məktub göndəriləcək ki, sərnişindaşımada müntəzəm istifadə etdikləri avtobusları texniki baxımdan qış rejiminə uyğunlaşdırsınlar. Bura təkərlərin dəyişdirilməsi, antifrizn yenilənməsi, avtobusların salonunda isitmə sisteminin sazlığını yoxlamaq və digər zəruri addımlar daxildir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482689.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR