Bakıdakı mənzillərini satıb xaricdə mülk alan azərbaycanlılar

Bakıdakı mənzillərini satıb xaricdə mülk alan azərbaycanlılar
16:53 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Şahidi olduğum elçilik mərasimlərindən birində qızın babası “oğlanın heç olmasa Moskvada bir otaqlı evi varmı?” deyə sual vermişdi. 80 yaşlı babanın sualı boşuna deyildi. Çünki xaricdə mənzil sahibi olmaq azərbaycanlılar üçün son illərin ən dəbli investisiyasıdır. Bu məsələ o qədər adiləşib ki, Moskva kimi dünyanın ən bahalı şəhərində mənzil almaq Bakının hansısa rayonunda ev almağa bərabərləşib.

Publika.az bu yazıda məhz xaricdə mülk alan azərbaycanlıların hansı ölkələrə üstünlük verdiyini araşdırıb.

Azərbaycanlılar hansı ölkələrdə ev alır?

Bu siyahıya Dubay, Mərkəzi, Şərqi, Qərbi Avropa ölkələri, hətta qonşu Gürcüstan daxildir. Rusiya ilə Türkiyənin rəsmi statistik rəqəmləri açıqladığından sözügedən ölkələrlə bağlı məlumatlar daha dəqiqdir. Türkiyə Statistika Komitəsinin məlumatına görə, 2016-ci ilin avqust ayında azərbaycanlılar Türkiyədə 428 ev alıb. Ötən ilin eyni dövründə bu rəqəm 512 olub. Təkcə avqust ayında azərbaycanlılar Türkiyədə 53 ev alıb. Beləliklə, Azərbaycan Türkiyədə ev alan əcnəbi ölkə vətəndaşları içərisində 7-ci sırada yer alır. Rusiyaya gəlincə, son iki ildə ölkə iqtisadiyyatında yaşanan durğunluq daşınmaz əmlakın qiymətini ucuzlaşdırıb. Eləcə də “ipoteka kreditləşməsinin vətəndaşlığını” dəyişib. Yəni bir zamanlar Moskvadan ev almaq arzusu ilə yaşayanlar üçün qiymətlər nəinki düşüb, hətta ipoteka krediti ilə ev almaq asanlaşıb. Rəsmi statistik rəqəmlərə əsasən, Rusiyada ipoteka ilə ev alan əcnəbilərin 45 faizi Belarus, 19 faizi Ukrayna, 7 faizi Qazaxıstan, 6 faizi Özbəkistan, 4 faizi Moldova, 2 faizi Türkiyə, Azərbaycan və Ermənistan vətəndaşlarıdır.

1-2 otaqlı mənzillər daha çox alınır

Bazarın hazırkı vəziyyəti, alıcıların seçimi ilə bağlı Azərbaycan vətəndaşlarına xaricdə əmlak almağa kömək edən “Nyu-Yevropa” şirkətinin rəyini öyrəndik. Şirkətdən bildirdilər ki, indi maraq daha çox Ukrayna və Moldovayadır: “Ukraynada daşınmaz əmlakın qiyməti Azərbaycanla müqayisədə ucuzdur. Kiyevin mərkəzində, məşhur rayonlarında elə təkliflər var ki, Bakıda o qiymətə ev tapmaq mümkün deyil”.

Məlum oldu ki, həmyerlilərimizin Türkiyədən daşınmaz əmlak almağa marağı azalıb. Sadəcə yay aylarında kirayə məqsədilə müraciət edənlər olur. Dubaydakı daşınmaz əmlakla isə maraqlananlar olsa da, alan yoxdur: “Dubay ucuz şəhər deyil, orada ev almaq elə də sərf etmir. Alıcılarımızı Londonda əmlak sahibi olmaq da maraqlandırmır. Rusiyaya da maraq yoxdur. Kanada, Amerikada mənzil satışı ilə bağlı elanlar veririk. Ancaq müraciət edən azdır”.

Şirkətdən qeyd edildi ki, əsasən 1-2 otaqlı evlər alınır. Villaların alqı-satqısı dayanıb. Bu da qiymətlərlə bağlıdır: “Ümumilikdə həmyerlilərimizin xaricdən mənzil alması azalıb. Alqı-satqı əməliyyatları əsasən 40-50 min dollar arası mənzillər üzrə aparılır.

Üç səbəbdən xaricə üz tuturlar

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyir ki, Azərbaycan vətəndaşları üç səbəbdən xaricdə ev alır: “Birinci səbəb istirahət üçün. Bura əsasən Türkiyə, Bolqarıstan, Gürcüstan aiddir. İkinci səbəb kapitalın yerləşdirilməsidir. Bura Türkiyə, eyni zamanda Böyük Britaniya, Almaniya, Çexiya və sair ölkələr daxildir. Üçüncü səbəb həmin ölkədə preferensiyaların alınmasıdır. Məsələn, Macarıstanda və Portuqaliyada müəyyən məbləğə ev alanda daimi yaşayış yeri statusu verilir. Bu da vətəndaşın şengen zonasına birbaşa çıxışı deməkdir. Maltada isə qanunla müəyyən edilmiş həddə mənzil alan şəxs ümumiyyətlə vətəndaşlıq ala bilər”.

Ekspert deyir ki, Ukraynada, Rusiyada mənzil alanların əksəriyyəti orada yaşayan azərbaycanlılar olur: “Hansı ki, bir sıra hallarda bazarın aktiv iştirakçısına çevrilirlər. İnvestisiya yerləşdirmək məqsədilə daşınmaz əmlak alırlar. Vətəndaşlarımız prosesi hüquqi həm də fiziki şəxs kimi reallaşdırırlar. Rublun məzənnəsi kəskin düşəndə Azərbaycanlılar Rusiyada kütləvi şəkildə mənzil aldılar. Hətta burada evini yuxarı qiymətə satıb Rusiyadan mənzil alanlar oldu. Lakin bu gün Azərbaycanın özündə də əmlak ucuzlaşıb. Daşınmaz əmlakın qiymətləri dollar ekvivalentində 2 dəfəyə qədər düşüb. Düzdür, Türkiyənin bəzi ərazilərinə, Gürcüstana, eləcə də Bolqarıstana baxanda qiymətlər yenə də bahadır. Amma dollar ekvivalentində azalma var”.

O ki qaldı azərbaycanlıların xarici daşınmaz əmlak bazarına yatırdıqları investisiyaların həcminə, mütəxəssis deyir ki, belə bir statistika dünyanın heç bir ölkəsi, o cümlədən də Azərbaycan tərəfindən aparılmır: “Sadəcə bəzi ölkələrdə vergi orqanları vətəndaşlarından xaricdə olan əmlakları haqqında məlumat vermələrini tələb edirlər. Azərbaycanda belə bir statistikanın olmaması normal haldır”.

Ev alarkən aldadılmamaq üçün...

Xaricdə daşınmaz əmlak almaq perspektivdə nə qədər yüksək gəlir vəd edirsə, bir o qədər də risk ehtimalını artırır. Ekspertlər də xaricdə daşınmaz əmlak risklərinin mövcudluğunu istisna etmir. Bunun üçün əmlak alarkən etibarlı notarius və ya hüquqşünas tapmaq çox vacibdir. Onlar obyektin sənədlərini öyrənərək ortaya çıxa bilən problemləri araşdırmalıdırlar. Digər tərəfdən alqı-satqı müqavilələri və digər sənədlər həmişə obyektin satıldığı ölkənin dilində hazırlandığına görə, bütün sənədlərin keyfiyyətli tərcümə olunduğuna diqqət yetirmək lazımdır. Obyektə dair borcların olmadığını və bütün sənədlərin qaydasında olduğunu yoxlamaq vacibdir. Əks halda, tikinti bitsə belə, mülkiyyət hüququnu rəsmiləşdirmək mümkün olmayacaq. Endirimlə satılan obyektlər də tam etibarlı olmadığından bu zaman da ehtiyat əldən verilməməlidir. Əgər əmlak endirimlə satılırsa, satışın səbəbi ilə mütləq maraqlanılmalıdır (bu, təcili köçmək və ya mülkiyyətçinin çətin maliyyə vəziyyətilə əlaqədar olsa belə).

Mütəxəssis rəyinə görə, azərbaycanlı investorlar əsasən Almaniya, Çexiya, Bolqarıstan kimi Avropa ölkələrində, Türkiyədə, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində əmlak almağa maraq göstərirlər. Bu ölkələr arasında əmlak riskləri əsasən Dubaydadır. Xüsusilə tikilməkdə olan yaşayış binaları ilə bağlı risklər yaşanır. Belə ki, bəzən tikinti şirkətləri mənzilin dəyərinin bir hissəsini əvvəlcədən alsalar da, tikintini vaxtında başa çatdıra bilmirlər. Ya da ümumiyyətlə yarımçıq saxlayırlar. Ev alqı-satqısı üzrə ixtisaslaşmız hüquqşünaslar xoşagəlməz hallarla qarşılaşmamaq üçün Dubayda əmlakın dəyərinin 1%-i qədər vəkilə pul verməklə risklərdən qaçmağı təklif edirlər.

Xaricdə evlərin dəyəri

Azərbaycan vətəndaşlarının xaricdə mənzil almaq həvəsi bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artmasına səbəb olub. Hazırda 35 şirkət bu sahədə konsaltinq xidməti göstərir. Onların bəzilərinin internet ünvanlarında yerləşdirilən əmlakların dəyəri doğurdan da göz qamaşdırır. Məsələn, “Expert SM” konsaltinq şirkətinin saytında yer alan elana görə, Vyanada 8-ci rayonda 66 kvadratmetrlik əla təminli mənzilin dəyəri 184 000 avrodur. Londonda “West Chelsea”da 106 kvadratmetrlik (mənzildə 2 yataq otağı, 2 vanna otağı, qonaq otağı var) mənzilin dəyəri isə 1 054 400 avro təşkil edir. Kanadanın ən böyük şəhərlərindən olan Torontoda 75 kvadratmetrlik 14-cü mərtəbədə mənzilin qiyməti 410 000 dollar göstərilib. İtaliyada Qarda gölü sahilində 300 kvadratmetrlik villa 1 050 000 avroya təklif edilir. Məşhur Maltada “St Andrews” da villanın satış qiyməti 2 040 000 dollar qeyd olunub.

Azərbaycan alıcılarına xaricdə nisbətən ucuz evlər təklif edən “Nyu-Yevropa”şirkətinin rəsmi internet ünvanında Kiyevdə köhnə tikilidə sahəsi 44 kvadratmetrlik mənzil 109 870 dollar, Berlində 36 kvadratmetrlik mənzil 107 000 avrodur. Diqqəti çəkən İspaniyada evlərin daha ucuz təklif edilməsidir. Bu ölkədə yeni tikilidə 3 otaqlı (90 kv.m) mənzil 199 000 avro, 6 otaqlı (194 kv.m) villa isə 303 000 avroya satılır. Azərbaycanlı alıcılar üçün Praqada təklif edilən evlərin qiyməti 90-120-min avro arasında dəyişir.

Mənzillər

Xarici ölkənin adı

Köhnə bina. 1-2-3otaqlı mənzillər

Yeni tikili 3-4 otaqlı mənzillər

Ukrayna-Kiyev

41 900 dollar (45 kv.m)

400 000 dollar (100 kv.m)

Almaniya - Berlin

69000 avro (36 kv.m)

225000 avro (66 kv.m)

Monteneqro - Budva

75000 avro (59 kv.m)

209000 dollar (89 kv.m)

İspaniya

231000 avro (70 kv.m)

145000 avro (80 kv.m)

Praqa – Çexiya

147705 avro (83 kv.m)

-------

Bolqarıstan

29 000 avro (36 kv.m)

42 135 avro (50-80 kv.m)

Türkiyə - Alanya

------

58000 dollar (105 kv.m)

İtaliya - San Remo

-----

450 000 avro (100 kv.m)

Vyana

184 000 avro (66 kv.m)

---------

Villalar

Xarici ölkənin adı

Villanın qiyməti, kv.m

İspaniya- Kosta Brava

1 250 000 avro. Ümumi sahə 491 kv.m. yaşayış sahəsi 280 kv.m

Yunanıstan – Skiatos

425 000 avro. Ümumi sahə 8085 kv.m. yaşayış sahəsi 131 kv.m

Macarıstan – Balaton sahili

192 000 avro. Ümumi sahə 620 kv.m. yaşayış sahəsi 250 kv.m

Kanar adaları

1 150 000 avro. Ümumi sahə 1000 kv.m. yaşayış sahəsi 300 kv.m

L.Əliyeva

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

200 və 43 saylı məktəb-liseydə nə baş verir?

22 Sentyabr 2017 15:43

Bakıda voleybolçu qadınlar arasında Avropa çempionatı start götürüb

22 Sentyabr 2017 15:42

QHT Şurası Mingəçevirdə regional konfrans keçirib

22 Sentyabr 2017 15:39

İradə İbrahimova gözəlliyi və pozaları ilə modellərə MEYDAN OXUDU - FOTO

22 Sentyabr 2017 15:38

"Kaşaqan" yatağında proqnozlaşdırılan hasilat ləngiyir

22 Sentyabr 2017 15:37

“Apple” şirkəti “iPhone 8” və “8 Plus” smartfonlarının satışına başlayıb

22 Sentyabr 2017 15:35

Dünyanın ƏN QƏRİBƏ toy geyimləri

22 Sentyabr 2017 15:33

İçərişəhərdə “Qız qalası” VII beynəlxalq incəsənət festivalı keçiriləcək

22 Sentyabr 2017 15:32

Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

22 Sentyabr 2017 15:32

Zəlzələdən sonra yaşananlar hər kəsi şoka saldı

22 Sentyabr 2017 15:29

“AAAF Park”la bağlı RƏSMİ AÇIQLAMA

22 Sentyabr 2017 15:28

“Bank VTB (Azerbaijan)” əmək haqqı kartlarının sahiblərinə kredit təklif edir

22 Sentyabr 2017 15:27

Nizami Baloğlanov: "Azərbaycanlıların Rusiya dövlət strukturlarına müraciətləri cavabsız qalıb"

22 Sentyabr 2017 15:22

Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq

22 Sentyabr 2017 15:22

SORĞU: Deyirlər ki, sabah dünya dağılacaq

22 Sentyabr 2017 15:20

Erməni deputatların Bakıya gəlməsinə etiraz olaraq aksiya keçirildi - FOTO

22 Sentyabr 2017 15:19

“AAAF Park”ın əmlakı siyahıya alınıb, rəhbəri isə Kosovodadır

22 Sentyabr 2017 15:17

Rusiyanın hərbi gəmiləri Bakı limanını tərk edib

22 Sentyabr 2017 15:17

® “Bank of Baku” Şənbə və Bazar günləri də müştərilərin xidmətindədir!

22 Sentyabr 2017 15:14

"Apple"dən daha bir yenilik

22 Sentyabr 2017 15:13

Azərbaycan üçün vacib 3 gün...

22 Sentyabr 2017 15:13

“Avropa Avtobus Turu”nun nümayəndələri UNEC-in Zaqatala filialında

22 Sentyabr 2017 15:09

“Total” SOCAR-ın mütəxəssisləri üçün seminarlar təşkil edib

22 Sentyabr 2017 15:07

Azərbaycandakı 81 neft-qaz yatağından 33-ü qeyri-işləkdir

22 Sentyabr 2017 15:04

“Mahmud Qaşqarlı” mükafatı təqdim edildi - FOTOLAR

22 Sentyabr 2017 15:03

Mübariz Qurbanlı: “Azərbaycanın orta məktəblərində dini fənnin tədrisi təklif olunur"

22 Sentyabr 2017 15:02

Yaşlı qadının protezini oğulayan şəxslər: "Peşmanıq"

22 Sentyabr 2017 14:59

Dahi şairimizin ev muzeyi söküldü

22 Sentyabr 2017 14:59

“Günəşli” yatağında daha bir quyu istismara qaytarılıb

22 Sentyabr 2017 14:57

Rəhbərinin həbs xəbəri yayılan "AAAF Park"da nə baş verir? - Şirkət rəsmisi Lent.az-a danışdı

22 Sentyabr 2017 14:54

Minsk qiyamı yatırmağa hazırlaşır: Lukaşenkonun MAYDAN QORXUSU

22 Sentyabr 2017 14:53

Azad Rəhimov “Minsk 2019” II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edib

22 Sentyabr 2017 14:52

Əsas investorlar karbohidrogen aktivlərindən imtina edir

22 Sentyabr 2017 14:52

DİQQƏT: Məktəb direktorları üçün yeni layihəyə

22 Sentyabr 2017 14:52

Pərpətöyün turşusunun hazırlanması

22 Sentyabr 2017 14:49

İldə bir qadınla sevgili olan 60 yaşlı aparıcı haqqında BİLMƏDİKLƏRİNİZ - FOTO

22 Sentyabr 2017 14:48

Mixeil Saakaşvili Lvov məhkəməsinə gəlməyib

22 Sentyabr 2017 14:47

Abşeronda qadının protez dişlərinini oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsində zərərçəkmiş dindirilib

22 Sentyabr 2017 14:47

UCİ-a yeni prezident seçilib

22 Sentyabr 2017 14:47

Nadir Qafarzadə ölkədən getmək istəyir

22 Sentyabr 2017 14:45

Yüzillik müqavilə işə salınır: Ankaradan MÜHARİBƏ XƏBƏRDARLIĞI

22 Sentyabr 2017 14:43

Virtual reallıq dəstəkli ilk brauzer nümayiş olunub

22 Sentyabr 2017 14:35

Abşeronda 13 yaşlı bu oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 14:34

Ermənistan Müdafiə Nazirliyinin zabiti qəza törədib, məktəbli ölüb

22 Sentyabr 2017 14:32

“AAAF Park”ın rəhbəri həbs edildi

22 Sentyabr 2017 14:31

“Premium Travel” rəhbəri Aydın Əhmədov: "Novruz bayramına otellərdəki nömrələrin 90%-dən çoxu tutulub"

22 Sentyabr 2017 14:27

Azərbaycan torpaqları geri qaytarılır...

22 Sentyabr 2017 14:24

Gecə yolda uşaq gördü, maşını saxladı - BAŞINA GƏLMƏYƏN QALMADI

22 Sentyabr 2017 14:23

İsveçrə səfiri Bakıda qadın sığınacağı və gənclər mərkəzində olub

22 Sentyabr 2017 14:22

Qəbul imtahanlarının cavablarının yoxlanılmasında DƏYİŞİKLİK olacaq

22 Sentyabr 2017 14:18