“Nüvə silahını bərpa etməliyik” – Radikallardan ÇAĞIRIŞ

“Nüvə silahını bərpa etməliyik” – Radikallardan ÇAĞIRIŞ
17:03 24 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

“Ukrayna nəyin bahasına olursa-olsun nüvə qalxanını bərpa etməlidir”.

Publika.az xəbər verir ki, bu haqda Ukraynanın Radikal Partiyasının lideri Oleq Lyaşko “Facebook” səhifəsində yazıb.

“Düz 25 il əvvəl Ali Rada Ukraynanın nüvəsiz statusu haqqında bəyanat qəbul etdi. Əminəm ki, bu, dövlət quruluşunun bərpası prosesində bizim ən böyük səhvlərimizdən biri idi”, - Lyaşko qeyd edib.

Onun fikrincə, ölkənin müstəqilliyinin əsas zamini Budapeşt memorandumu deyil, nüvə silahı və güclü ordu olmalıdır: “Boş vədlərə və bizim partnyorlarımızın bəyanatlarına güvənmək özümüzü aldatmaqdır”.

Daha əvvəl isə - sentyabrın ortalarında eyni çağırışı Ukrayna Ali Radasının deputatı İqor Mosiyçuk “Qordon.ua” nəşrinə müsahibəsində səsləndirib. “Ukrayna Donbasın xüsusi statusunun tanınması əvəzinə, İsrailin yolu ilə gedə bilər. Bu, nüvə potensialını bərpa etməkdir”, - o, söyləyib.

Mayın 30-da “Azov” alayının komandiri, Ali Radanın deputatı Andrey Bileskiy Kiyevi təcili nüvə silahı almağa çağırıb. O vurğulayıb ki, Ukrayna ABŞ-ın iştirakı ilə nəhəng müdafiə potensialından məhrum olub və buna görə də Vaşinqton bu təşəbbüsə qarşı çıxmaq hüquqlarına malik deyil.

Qeyd edək ki, Ukraynanın Ali Soveti (indiki Ali Rada –red.) 1991-ci il oktyabr 24-də ölkənin nüvəsiz status haqqında bəyanat qəbul edib. 1994-cü il dekabrın 5-də Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya Budapeşt memorandumu imzalayıb. Memoranduma əsasən, nüvə silahından imtina əvəzində Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyinə zəmanəti verilirdi.

Ukrayna SSR-nin ərazisində sovet nüvə silahının (taktik və strateji) əhəmiyyətli arsenalı var idi. 1992-ci ildən sonra döyüş sursatları Rusiyaya aparılıb və nüvə daşıyıcıları məhv edilib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR