Abşeronda dostu ilə mübahisə edən şəxs özünü ülgüclə doğrayıb

Abşeronda dostu ilə mübahisə edən şəxs özünü ülgüclə doğrayıb
17:07 24 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda dostu ilə mübahisə edən şəxs özünü ülgüclə doğrayıb.
"Report"un xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Əliağa Vahid küçəsi 22 ünvanının qarşısında 1992-ci il təvəllüdlü İsayev Ruslan Daşqın oğlu dostu ilə mübahisə edib. Mübahisə əlbəyaxa davaya çevrilib. Bu vaxt R.İsayev ülgüclə sol qol nahiyəsini kəsib.
Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları hadisənin baş verməsinin səbəblərini araşdırır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/abseronda-dostu-ile-mubahise-eden-sexs-ozunu-ulgucle-dograyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR