Kürdlər Bağdadın spirt qadağasını tanımadılar

Kürdlər Bağdadın spirt qadağasını tanımadılar
17:43 24 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

İraq parlamentinin spirtin satışı, idxalı və istehsalı ilə bağlı qadağasını İraq kürd regional rəhbərliyi tanımayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kürd muxtariyyətinin səlahiyyətliləri qadağanın öz bölgələrində tətbiq olunmayacağını açıqlayıblar.

“Bu qadağa Kürdüstana təsir etməyəcək. Bağdad hökuməti daha əhəmiyyətli mövzulara diqqət ayırmalıdır”, - muxtariyyətin xarici işlər naziri Falah Bakır deyib.

İraq kürd regional rəhbərliyinin ərazisində spirtli içkilər daha çox Ərbildə, xüsusən xristian azlığın yaşadığı yaşayış məntəqələrində satılır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR