Yağış Avtovağzalın qarşısındakı yolu dağıtdı

Yağış Avtovağzalın qarşısındakı yolu dağıtdı
18:08 24 Oktyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən həftə intensiv yağışlardan sonra Beynəlxalq Avtovağzal kompleksinin qarşısından Bakı Dairəvi-1 avtomobil yoluna birbaşa çıxışı təmin edən yolun çiyin hissəsində çatlar yaranıb.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, çatlar yolun Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində yaranıb.

“ASC-nin mütəxəsisləri əraziyə baxış keçiriblər. Məlum olub ki, yolun çiyin hissəsində səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş küvetlərin bəzi hissələrindən su torpağa sızır. Bu sızma nəticəsində həmin hissədə çiyinlərin tökmə torpaq layında yumşalma gedib və asfalt-beton örtükdə çatlar əmələ gəlib. Dərhal bu barədə yolun inşasını həyata keçirən podratçı şirkətə məlumat verilib və sözügedən hissə qısa müddət ərzində bərpa olunub, torpağa su sızmasının qarşısı alınıb”, - deyə ASC-dən bildirilib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/173363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR