Prezident İlham Əliyev: "Futbol üzrə Azərbaycan milli komandası ilə fəxr edirik"

Prezident İlham Əliyev: "Futbol üzrə Azərbaycan milli komandası ilə fəxr edirik"
18:12 24 Oktyabr 2016
15 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç futbol üzrə Azərbaycan yığmasının əldə etdiyi nailiyyət münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.
"Report"un məlumatına görə, xanım dövlət başçısı bu barədə mətbuata birgə bəyanatla çıxışında bildirib. Qrabar-Kitaroviçin fikrincə, bu, xüsusilə milli qürur hissi və ölkədə birlik üçün çox vacibdir: "Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir".
Öz növbəsində Prezident İlham Əliyev bildirib ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir: "Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım Prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/prezident-i-lham-eliyev-futbol-uzre-azerbaycan-milli-komandasi-ile-fexr-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR