İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır

İran neft hasilatının dondurulması planına qoşulmağa hazırdır
18:17 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ İran neft hasilatınının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır.
“Report”un RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İRNA agentliyinə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniniyə bildirib.
O qeyd edib ki, İran dünya bazarında qiymətlərin sabitləşməsi üçün neft hasilatının müəyyən səviyyədə dondurulması planına qoşulmağa hazırdır. Nazir müavini hesab edir ki, neftin “ədalətli və arzuolunan” qiyməti 55-60 dollar/barel arasındadır: ”Bu qiymətə 2017-ci ildə nail olmaq mümkündür".


Xəbərin orijinal ünvanı: http://report.az/energetika/i-ran-neft-hasilatinin-dondurulmasi-planina-qosulmaga-hazirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR