Azərbaycan idmançıları uşaqları sevindirdilər - FOTO

Azərbaycan idmançıları uşaqları sevindirdilər - FOTO
18:27 24 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az bildirir ki, Alpaqut Federasiyasının kollektivi uşaq evinə baş çəkib.

Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi, idmançılar və xeyriyyəçi insanlar Bakıdakı "Uşaq sığınacağı və Reinteqrasiya Mərkəzində" olublar. Həmçinin Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, "Uşaqların Xoşbəxt Gələcəyi" təşkilatının üzvü Arzu Şərifova və bir neçə xeyriyyəçi insan valideyn himayəsindən məhrum olan uşaqlara baş çəkiblər. Federasiya prezidenti Aqil Acalov azyaşlıların, yeniyetmələrin formalaşmasında, sağlam ruhda böyüməsində hər zaman öz töhfələrini verməyə çalışdıqlarını vurğulayıb: "Bu, bizim uşaq evlərinə ilk gəlişimiz deyil. Çalışırıq ki, mütəmadi şəkildə uşaq evlərinə baş çəkək, valideyn himayəsindən məhrum olan bu balaların həyatları ilə maraqlanaq, qayğı və sevgimizi onlardan əsirgəməyək. Dövlətimiz sağ olsun, onlara hər cür şərait yaradır. Onların ehtiyacı olan bizim diqqətimiz, sevgimizdir". Federasiya prezidenti uşaq evlərindəki uşaqların peşəkar idmançılar kimi yetişməsində də əllərindən gələni edəcəklərini söyləyib: "Alpaqut türkün qədim döyüş sənətidir, yeniyetmələrimizə milli ruh, döyüşkənlik, vətənpərvərlik aşılayan idman növüdür. Uşaq evlərindəki bu balalar da istər həvəskar, istərsə də peşəkar şəkildə bu idman növü ilə məşğul olmaq istəsələr, onlara hər cür şərait yaratmağa hazırıq". Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova isə ata-ana himayəsindən məhrum olan uşaqlara qayğı ilə yanaşmaq, onların mənəvi durğunluq keçirməmələrinə, cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrinə, sosial problemlərinin həllinə dəstək göstərmək hər birimizin borcudur deyib: "Bu gün burada valideyn himayəsindən məhrum olmuş uşaqların minnətdarlıq dolu gözlərinə, onların sevinc dolu çöhrələrinə baxanda anladım ki, bizim gəlişimiz bu balalar üçün çox önəmlidir". Alpaqut Federasiyasının rəhbərliyi və xeyriyyəçilər gətirdikləri sovqatları və ləziz təamları uşaqlara təqdim ediblər.

Milli.Az

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR