Kolinda Qrabar-Kitaroviç: "Xorvatiyanın simasında hər zaman dəstək olacaq dostunuz var"

Kolinda Qrabar-Kitaroviç: "Xorvatiyanın simasında hər zaman dəstək olacaq dostunuz var"
18:32 24 Oktyabr 2016
42 Ölkə
Ölkə mətbuatı
A- A+

"İlk növbədə, icazənizlə, Prezident Əliyevə bizi Azərbaycanda belə səmimi qarşıladığı üçün təşəkkürümü ifadə edirəm. Bu gün və sabah Bakıda olmaq məndə böyük məmnunluq hissi doğurur".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışında deyib.

Xorvatiya Prezidenti bildirib: "Əvvəla, futbol üzrə yığma komandanızın əldə etdiyi nailiyyətlərə görə Sizi təbrik etmək istəyirəm. Bu, xüsusilə milli qürur hissi və ölkənizdə birlik üçün çox vacibdir. Gəlin, idmanın və xüsusilə futbolun əhəmiyyətinə lazımınca qiymət verək. Cənab Prosineçki həqiqətən də bizim Azərbaycanda ən böyük təmsilçilərimizdən biridir. Eyni zamanda, ötən gecə Bakıda və Azərbaycanın digər bölgələrində çalışan Xorvatiya icmasının nümayəndələri ilə də görüşmək fürsətim oldu. Onların iki ölkə arasında əməkdaşlıq, dostluq və tərəfdaşlıq münasibətlərinin genişlənməsinə və dərinləşməsinə böyük ruh yüksəkliyi ilə yanaşmasını müşahidə etmək də mənim üçün çox sevindiricidir.

Cənab Prezident, 2013-cü ildə Xorvatiyaya səfərinizdən, həmçinin Suriya ilə bağlı London konfransı çərçivəsində görüşümüzdən sonra və xüsusən də ölkəmizə həmin səfəriniz zamanı dostluq və tərəfdaşlıq üzrə imzaladığımız razılaşmaya əsasən, düşünürəm ki, münasibətlərimizin inkişaf etməsi üçün qoyulmuş möhkəm təməl üzərində bizi qarşıda hələ çox işlər gözləyir. Siyasi münasibətlərimiz çox yaxşıdır. Aramızda açıq qalan məsələlər yoxdur. Lakin hesab edirəm ki, əlavə əməkdaşlıq üçün bir çox sahələr mövcuddur. Cənab Prezident, zənnimcə, bu səfərdən, bu gün Sizinlə və digər hökumət rəsmiləri ilə aparılan danışıqlardan sonra biz ölkələrimiz, xalqlarımız və iş adamlarımız arasında spesifik və konkret əməkdaşlığın əsasını qoya bilərik".

Kolinda Qrabar-Kitaroviç əlavə edib: "Ortaq marağımızda olan bir çox məsələlər, o cümlədən regional və qlobal təhlükəsizlik məsələləri var. Əlbəttə ki, Avropa İttifaqı, NATO, BMT və digər təşkilatlar kontekstində birgə əməkdaşlığımıza dair məsələlər də mövcuddur. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz çox aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hesab edirik ki, bu münaqişə sülh və siyasi yolla həll olunmadır. Biz Minsk qrupu prosesini tamamilə dəstəkləyirik. Həmçinin Avropa İttifaqi ilə münasibətlərinizə gəlincə, Strateji Tərəfdaşlıq Razılaşmasının imzalanması və həyata keçirilməsi üçün Xorvatiyanın simasında Sizə hər zaman dəstək olacaq dostunuz var. Düşünürəm ki, təhlükəsizliklə bağlı yeni çağırışların artdığı və eyni zamanda, iqtisadi, enerji və digər sahələrdə, o cümlədən mədəniyyət, mədəni irs, millətlər və dinlər arasında anlaşma üzrə əməkdaşlıq fürsətlərinin üzə çıxdığı bir vaxtda və bu mənada qlobal təhlükəsizlik üçün perspektivləri münasib səviyyədə saxlamaq məqsədilə həmin razılaşmanın əhəmiyyəti daha da artacaq.

Sabah keçiriləcək biznes forumla bağlı çoxlu gözləntilərim var və onun başlamasını səbirsizliklə gözləyirəm. Həmin forum bu səfərdə məni müşayiət edən bir neçə Xorvatiya şirkəti üçün Sizin şirkətlərlə danışıqlar aparmaq və şəxsən mənim üçün əlaqələrin daha da inkişaf etdirilməsi potensialının müzakirəsi baxımından əla fürsət olacaq".

Xorvatiya Prezidenti vurğulayıb ki, enerji sektoru çox böyük əhəmiyyət kəsb edir: "Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur. Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var. Fiziki infrastrukturun yaradılmasına gəlincə, bizim Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkətimiz var. Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan "Uyanik" ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var".

Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiya şirkətlərinin əksəriyyəti "Halal" sertifikatına malikdir: "Bu da, həmçinin turizmlə bağlıdır. Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik. Buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini vermişdir.

Ümid edirik ki, biz sabah sizin şirkətlərlə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparacağıq. Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.

Cənab Prezident, bizi səmimi qarşıladığınız üçün Sizə bir daha təşəkkürümü bildirirəm. Həmçinin Mərkəzi və Cənub Asiya regionun sabitləşməsində oynadığınız rola görə Sizə təşəkkürümü ifadə edirəm. Əfqanıstanda və dünyanın münaqişələrdən əziyyət çəkən digər ölkələrində oynadığınız rola görə Sizə "Çox sağ olun!" deyirəm. Biz çıxış yollarını tapmaq və sülh proseslərinə dəstək olmaq üçün birlikdə çalışmağa davam edəcəyik. 1990-cı illərdə müharibə və işğaldan əziyyət çəkən bir ölkə kimi, biz yenidən inteqrasiya və sülh təcrübəmizi Sizinlə paylaşmağa hazırıq.

Cənab Prezident, mən Sizə, ailənizə, Azərbaycan xalqına sülh, firavanlıq və uğurlar arzu edirəm. Bizi səmimi qarşıladığınız üçün Sizə bir daha "Çox sağ olun!" deyirəm".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Poker Messini yubileyə qovuşdurdu

20 Sentyabr 2017 11:37

Neyron şəbəkəsi Alsqeymer xəstəliyini müəyyən etməyi öyrənib

20 Sentyabr 2017 11:35

Alimlər kompüter təlimi üçün kvant kompüterlərindən istifadəni təklif ediblər

20 Sentyabr 2017 11:35

Şeyxin qudası Hacı Qalibin oğlu həbsdə qaldı

20 Sentyabr 2017 11:34

Səudiyyə Ərəbistanından

20 Sentyabr 2017 11:34

İlham Əliyev bu gün BMT-də çıxış edəcək

20 Sentyabr 2017 11:33

Sabiq deputatın həbsdəki oğlu barədə QƏRAR VERİLDİ

20 Sentyabr 2017 11:33

Qalib Salahzadənin oğlunun apellyasiya şikayəti təmin edilməyib

20 Sentyabr 2017 11:32

Bakı Ali Neft Məktəbində “Neftçilər günü” keçirilib

20 Sentyabr 2017 11:32

Şəbnəm Tovuzlu kökəlib

20 Sentyabr 2017 11:31

Azərbaycandan islam ölkələrinə ÇAĞIRIŞ: "Ermənistanla əməkdaşlığı məhdudlaşdırın"

20 Sentyabr 2017 11:29

Azərbaycanda son 14 ildə BELƏ İSTİ OLMAYIB: yaxın 3 gündə...

20 Sentyabr 2017 11:28

Futbolçu Nicat Muxtarov 3 saylı İstintaq Təcridxanasına köçürülüb

20 Sentyabr 2017 11:27

Azərbaycanın XİN başçısı: "Regionun inkişaf perspektivləri ciddi şəkildə risk altına düşüb"

20 Sentyabr 2017 11:27

Oğrular polis bölməsini soydular

20 Sentyabr 2017 11:23

"Kapital Bank" yeni layihəsini təqdim edib

20 Sentyabr 2017 11:22

"Şahdəniz"dən indiyədək hasil olunan qazın həcmi

20 Sentyabr 2017 11:22

Qarabağ kanalında qadın meyiti tapılıb

20 Sentyabr 2017 11:17

UEFA "Qarabağ" - "Roma" matçı ilə bağlı statistik məlumatları açıqlayıb

20 Sentyabr 2017 11:17

Dmitri Nazarovdan 90 dəqiqə

20 Sentyabr 2017 11:17

İlham Əliyev bu gün BMT Baş Assambleyasında çıxış edəcək

20 Sentyabr 2017 11:16

İsti hava şəraiti neçə gün davam edəcək?

20 Sentyabr 2017 11:14

İŞİD üçün döyüşən azərbaycanlılara 23 illik CƏZA TƏLƏBİ

20 Sentyabr 2017 11:13

Yaşlı kişi yanaraq öldü

20 Sentyabr 2017 11:12

Yevlaxda kanaldan meyti tapıldı

20 Sentyabr 2017 11:09

Prezidentdən SOS: “Həyatım üçün təhlükə var”

20 Sentyabr 2017 11:08

Elmar Məmmədyarov: "Azərbaycan Qarabağ məsələsində İslam Ümmətinin davamlı həmrəyliyinə güvənir"

20 Sentyabr 2017 11:07

Prokuror İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlılara cəza istəyib

20 Sentyabr 2017 11:07

Ayaz Mütəllibovun keçmiş mətbuat katibinin məhkəməsində icra başçısı ifadə verəcək

20 Sentyabr 2017 11:07

Bel ağrıları və disk yırtıqlarının 1 iynə ilə müalicəsi

20 Sentyabr 2017 11:04

Meksikada zəlzələ: Ölü sayı 226 nəfərə çatdı

20 Sentyabr 2017 11:04

Elza Seyidcahana "ağır itki"

20 Sentyabr 2017 11:02

Həftəsinə 40 min manat qazanan məşhur aktrisa BAHALIQDAN ŞİKAYƏTLƏNDİ - FOTO

20 Sentyabr 2017 10:58

Mərkəzi Bankın qərarı nəyə hesablanıb?

20 Sentyabr 2017 10:58

Ziya oynadı, "Den Boş" qələbə qazandı

20 Sentyabr 2017 10:57

Uşağın qızdırmasını aşağı salan üsullar

20 Sentyabr 2017 10:55

TƏHLÜKƏ: Bakıya "quyu qazan" quyular - ARAŞDIRMA

20 Sentyabr 2017 10:54

Putinin İspaniya torpaqlarının bölünməsində əli var - İDDİA

20 Sentyabr 2017 10:53

Mübariz Qurbanlının Masallıda nəzərdə tutulan qəbulunun vaxtı dəyişdirilib

20 Sentyabr 2017 10:52

Bakıda təsiredici marketinqə həsr ediləcək tədbir keçiriləcək

20 Sentyabr 2017 10:52

Timsah uşağı diri-diri yedi

20 Sentyabr 2017 10:50

İcra başçısı dələduzluq işinə görə məhkəməyə gətiriləcək

20 Sentyabr 2017 10:44

Bu gün neftçilərin peşə bayramıdır

20 Sentyabr 2017 10:44

Türkiyəli alimin 10 gün əvvəlki PROQNOZU GERÇƏK OLDU - Dəhşətli ZƏLZƏLƏ

20 Sentyabr 2017 10:43

“Nikoil Bank” yeni kredit aksiyasına başlayıb

20 Sentyabr 2017 10:42

Azərbaycan: Hamilə qadın yol qəzasında öldü

20 Sentyabr 2017 10:40

"Şeyxin oğlu iki rükət namazı güclə qılır" - Hacı Qalib

20 Sentyabr 2017 10:39

Regional İnkişaf İctimai Birliyi regionlarda könüllülük proqramına start verir

20 Sentyabr 2017 10:37

Neftimiz bahalaşmaqda davam edir

20 Sentyabr 2017 10:37

Yeni “iOS 11” əməliyyat sistemi təqdim olunub

20 Sentyabr 2017 10:35