Türkiyənin yeni səfiri: "15 iyuldan sonra planlar tam aradan qalxmayıb"

Türkiyənin yeni səfiri: "15 iyuldan sonra planlar tam aradan qalxmayıb"
19:04 24 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

 

Türkiyənin Azərbaycanda yeni təyin olunan səfiri Erkan Özoral iki ölkə arasındakı münasibətlər və gələcək perspektivlərdən danışıb. Lent.az xəbər verir ki, AzərTAc-a müsahibə verən səfir  əlaqələri yüksək səviyyədə olduğunu deyib: “Xüsusən dövlətlərarası münasibətlərdə Türkiyə-Azərbaycan əlaqələrinin və qardaşlığının başqa bir örnəyi yoxdur. Münasibətlərin bu səviyyəsinə görə ortaq tariximizin köklü mirası üzərində möhtərəm prezidentlərimizin qurduğu möhkəm dostluğa və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımıza borcluyuq. Müasir dövrdə Azərbaycan və Türkiyə bütün sahələrdə bir-birinə dəstək olan ən yaxın strateji müttəfiqdir.

 

Tarix boyunca həm kədərli, həm də sevincli günlərdə bir olan millətimizin qəlbinin eyni ahənglə döyündüyünü görürük. Azərbaycanın 1918-ci ildə azadlıq mübarizəsinə yardım etmək üçün gəlmiş Qafqaz İslam Ordusu, Çanaqqala savaşında azərbaycanlı qardaşlarımızın verdiyi dəstək, ulu öndər Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev başda olmaqla, hər iki ölkə rəhbərlərinin münasibətlərimizə verdikləri yüksək önəm ortaq keçmişimizin yada düşən ilk səhifələridir. Bu sıraya, həmçinin Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının işğalının, azərbaycanlı qardaşlarımıza qarşı törədilən insanlıq əleyhinə cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyənin göstərdiyi cəhdləri də əlavə etmək olar. Tarix boyu müşahidə edilən bu həmrəyliyin ən müasir nümunəsi isə başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqının Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinə qarşı verdiyi dəstəkdir.

Düşünürəm ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq bağları heç vaxt sarsılmayacaq. Çünki bu bağlar mənbəyini və gücünü tarixdən, ən əsası isə iki ölkənin qəlbindən alır. Məhz buna görə də bir türk diplomatı üçün Azərbaycanda Türkiyənin səfiri olaraq xidmət etmək çox böyük şərəfdir. Bu şərəfə layiq olmağa, xalqlarımızın keçmişdə və bu gün olduğu kimi, gələcəkdə də əl-ələ verərək, gündən-günə daha da güclənərək hərəkət etməsi üçün bacardığım qədər fayda verməyə çalışacağam. Fürsətdən istifadə edərək, müstəqilliyinin bərpasının 25-ci ildönümünü münasibətilə Azərbaycan xalqını sonsuz məmnunluq və sevinc hisləri ilə təbrik edirəm.

Dostluq və qardaşlığımızın daha da güclənərək davam etməsi üçün bizim üzərimizə düşən əsas vəzifə onsuz da yüksək səviyyədə olan əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişafına fayda verməkdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, təhsil və humanitar sahələr də daxil olmaqla, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələr qurulub. Hörmətli prezidentlərimiz və digər yüksək səviyyəli dövlət adamları müntəzəm görüşlər keçirirlər. Əlbəttə, bu görüşlər qarşıdakı dövrdə də davam edəcək. Ölkələrimiz üçün də, regionumuz üçün də sabitlik və rifah mənbəyi olan TANAP və Bakı-Tbilisi-Qars kimi böyük enerji və nəqliyyat layihələrinin başa çatdırılması üçün var gücümüzlə çalışacağıq. Eyni qaydada regionda əməkdaşlığa istiqamətlənən, Azərbaycanın və Türkiyənin daxil olduğu üçtərəfli əməkdaşlıq mexanizmlərini inkişaf etdirərək və gücləndirərək bizə verilən tapşırıqlar əsasında fəaliyyət göstərəcəyik.

Zənnimcə, hazırda dünyada yaşanan iqtisadi böhran dövrün ölkələrimiz üçün bəzi imkanlar da yaradır. Azərbaycan hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün uğurlu iqtisadi islahatlar həyata keçirməkdədir. Bu prosesdə Türkiyənin və türk şirkətlərinin oynaya biləcəyi rolu artırmaq iqtisadi sahədə diplomatik fəaliyyətlərimiz sırasında mühüm yer tutacaq.

Bundan başqa, səfirlik olaraq bir-birimizin mədəniyyətini və incəsənətini daha yaxşı öyrənməyi və təbliğ etməyi nəzərdə tutan müxtəlif layihələri həyata keçirməyi planlaşdırırıq”.

 

Səfir ölkələr arasında iqtisadi əməkdaşlıqdan və gələcək planlar barəsində də fikirlərini bildirib: “Neftin qiymətinin aşağı düşməsi nəticəsində 2015-ci ildə ticarət dövriyyəmizin həcmi müəyyən qədər azalsa da, hesab edirəm ki, bu, müvəqqəti haldır. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Bununla yanaşı, strateji əməkdaşlığımıza xidmət edən qarşılıqlı investisiyaların müsbət nəticələr verdiyini görürük. Bir neçə konkret fakt göstərmək istərdim. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. Əsasən telekommunikasiya, bank-sığorta, nəqliyyat, tekstil, mebel, inşaat materialları sahələrində fəaliyyət göstərən 2665 şirkətimiz 25 mindən çox insana iş imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Azərbaycanın Türkiyədəki sərmayələri isə 4 milyard dolları ötüb. İzmirdə inşası davam edən “Star” neft emalı zavoduna 5,5 milyard dollar investisiya qoymağı planlaşdıran SOCAR-ın enerji və infrastruktur investisiyalarının ümumi məbləğinin 17-20 milyard dollara çatması gözlənilir.  Qarşıdakı dövrdə isə qlobal reallıqları nəzərə alaraq, Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq. Azərbaycan tarixən “İpək yolu”, yəni Şərqdən Qərbə doğru uzanan nəqliyyat marşrutu üzərində bir keçid qapısı rolunu oynayıb. Bu gün Azərbaycan Xəzər hövzəsində logistika mərkəzinə çevrilmək baxımından geostrateji mövqeyinə görə diqqət çəkən ölkədir. Həmin potensialın iş adamlarımız tərəfindən birgə istehsal müəssisələrinin qurularaq dəyərləndiriləcəyi təqdirdə, ikitərəfli ticarətlə yanaşı, üçüncü ölkə bazarlarına da çıxmaq baxımından mühüm imkanlar əldə olunacaq. Beləliklə, şirkətlərimizin Azərbaycanda birgə istehsala istiqamətlənməsi bu baxımdan xüsusi diqqət yetirdiyimiz mühüm məsələdir. Artıq yüksək səviyyədə olan enerji əməkdaşlığı ilə yanaşı, kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün də mühüm potensial var. Türkiyə özəl sektorunun bu sahələrdə malik olduğu təcrübənin Azərbaycanın potensialı ilə birləşdirilməsini təmin edəcək layihələrə üstünlük verməyi nəzərdə tuturuq”.

 

Erkan Özoral regiondakı qanlı münaqişələr, baş verən geosiyasi hadisələr haqqında da fikirlərini bölüşüb: “Bu proseslər başda Türkiyənin təhlükəsizliyi olmaqla, bütün regionu təhdid edir. Türkiyə qonşularının ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb. Ancaq qonşularımızın torpaqlarından Türkiyəni hədəfə alan təhdidlərin qarşısını kəsmək bizim beynəlxalq hüquqa əsaslanan təbii haqqımızdır. Bu gün Suriyada İŞİD ilə mübarizədə Türkiyə mühüm addımlar atır. Türk Silahlı Qüvvələrinin Azad Suriya Ordusuna verdiyi dəstək sayəsində bir çox ərazilər terrorçulardan geri alınıb. Həmin bölgənin yerli əhalisi olan suriyalı qardaşlarımız azad edilən və təhlükəsizliyin təmin olunduğu ərazilərə geri qayıdırlar. İŞİD terror təşkilatı ilə mübarizədə PKK, PYD kimi digər terror təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi Türkiyə tərəfindən müsbət qarşılana bilməz. Terrorçunun yaxşısı-pisi olmaz və terrorla beynəlxalq mübarizənin uğur qazanması üçün bu cür ikili standartlara yol verilməməlidir. Bu, Türkiyənin haqlı gözləntisidir. İraqda İŞİD ilə mübarizədə biz üzərimizə düşəni edəcəyik. Hörmətli Prezidentimizin dediyi kimi, həm masada, həm də meydanda yer alaraq İraqın sabitliyi və əmin-amanlığı üçün səy göstərəcəyik. Bu, Türkiyənin beynəlxalq müqavilələrdə təsbit edilən hüququ və tarixi məsuliyyətidir. Mosulda etnik gərginliyi artırmağa yönələn addımlar bütün bölgəni xaosa sürükləyə bilər. Bunun kimin xeyrinə olacağına xüsusilə diqqət yetirmək lazımdır.

 

Digər tərəfdən, bölgədə sülh və sabitliyə təhlükə yaradan digər problem isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Türkiyə bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında ədalətli həlli üçün atılan addımları dəstəkləməkdə və Azərbaycanın yanında yer almaqdadır”.

 

Səfir Azərbaycanın FETÖ ilə mübarizədə verdiyi töhfəni də vurğulayıb: “İnsanların dini inanclarından sui-istifadə edərək, ianə, təhsil və ticari fəaliyyət adı altında hər cür cinayət törədən və dövləti ələ keçirməyə çalışan FETÖ terror təşkilatının  cinayətlərinin ən ağırı 241 şəhid verdiyimiz, Türkiyə Böyük Millət Məclisinin və Prezident Sarayının bombalandığı 15 iyul dövlət çevrilişi cəhdidir. Sizin də dediyiniz kimi, hazırda FETÖ başda olmaqla, terror təşkilatlarına qarşı genişmiqyaslı təmizləmə əməliyyatları davam etdirilir. Bu əməliyyatlar hüquq çərçivəsində polis qüvvələri və müstəqil məhkəmə orqanları tərəfindən qətiyyətlə həyata keçirilir. Son dərəcə çətin və gərgin proses olan bu təmizləmə əməliyyatı məsələsində xoşniyyətli olmayan və ya FETÖ təbliğatının təsiri altına düşən bəzi qüvvələrin haqsız tənqidlərinə qarşı beynəlxalq platformalarda Azərbaycanı yanımızda görmək bizim üçün çox dəyərlidir. Bilirsiniz ki, bunun son örnəyini Avropa Şurası Parlament Assambleyasında yaşadıq.

 

Təəssüf ki, ölkəmizdəki terror təşkilatlarının hamısı eyni məkrli niyyət güdür. Onlar  Türkiyəni zəiflətməklə regiondakı bəzi planların həyata keçirmək istəyirlər. Yumruq kimi bir olan millətimizin qəhrəmanlığını və gücünü yaxşı hesablaya bilməyənlər 15 iyulda acınacaqlı məğlubiyyətə uğradılar. Lakin bu o demək deyil ki, 15 iyuldan sonra həmin planlar tam aradan qalxıb. Buna görə də biz hər zaman ehtiyatla davranmalı, güclü olmalıyıq”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqanıstanda taliblərin hücumu zamanı 5 polis öldürülüb

24 Sentyabr 2017 05:42

Lütfi Zadənin nəşinin gətiriləcək gün bəlli oldu

24 Sentyabr 2017 05:14

Xızıda bir gündə 616 ədəd partlamamış hərbi sursat tapıldı

24 Sentyabr 2017 05:04

13 yaşlı lənkəranlı atlet Avropa birinciliyində bürünc qazandı

24 Sentyabr 2017 04:58

Lütfi Zadənin nəşi sentyabrın 26-da Los-Ancelesdən Bakıya yola salınacaq

24 Sentyabr 2017 04:57

Helikopterimiz meşə yanğınını söndürməyə çalışacaq

24 Sentyabr 2017 04:54

Neymarın "PSJ"dəki əmək haqqı məlum olub

24 Sentyabr 2017 04:37

Şəkidə “Avropa şəhərciyi” - FOTOLAR

24 Sentyabr 2017 03:53

Şimali Koreyanın xarici işlər naziri Trampı psixi xəstə adlandırıb

24 Sentyabr 2017 03:47

Filippində 5,7 bal gücündə zəlzələ olub

24 Sentyabr 2017 03:17

Azərbaycan Fransada "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur

24 Sentyabr 2017 03:07

Məşhur boksçu 26 milyon dollara malikanə aldı - FOTOLAR

24 Sentyabr 2017 02:58

3 uşaq anası olan Beyons yenə heyran etdi

24 Sentyabr 2017 02:49

Puerto-Rikoda 10 nəfər "Mariya" qasırğasının qurbanı olub

24 Sentyabr 2017 02:27

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər... - FOTOLAR

24 Sentyabr 2017 02:03

Həmsədrlər bəyanat verdi

24 Sentyabr 2017 01:44

Türkiyə Super Liqası: "Fənərbağça" - "Beşiktaş" - 2:1

24 Sentyabr 2017 01:37

Xızıda 616 ədəd partlamamış hərbi sursat aşkarlanıb

24 Sentyabr 2017 01:27

Salyanda qəza: 68 yaşlı qadın ağır xəsarət aldı

24 Sentyabr 2017 01:23

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə

24 Sentyabr 2017 01:18

Şimali Koreyadan inanılmaz etriaf

24 Sentyabr 2017 00:57

Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - VİDEO

24 Sentyabr 2017 00:53

Sentyabrın 24-nə olan

24 Sentyabr 2017 00:40

Voleybol üzrə Avropa çempionatında 2-ci turun nəticələri

24 Sentyabr 2017 00:33

XİN Məmmədyarov və Nalbəndyanın görüşü barədə məlumat yayıb

24 Sentyabr 2017 00:27

Dağıstanda zəlzələ baş verib

24 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 24 sentyabr

24 Sentyabr 2017 00:13

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü başa çatıb

24 Sentyabr 2017 00:12

Rusiya Türkiyəni, Polşa Macarıstanı məğlub etdi

23 Sentyabr 2017 23:57

İstanbulda İŞİD-lə əlaqali əcnəbilər tutuldu

23 Sentyabr 2017 23:49

"Zirə" say üstünlüyündən yararlana bilmədi

23 Sentyabr 2017 23:48

Voleybolçu qadınlar arasında Avropa çempionatında növbəti oyunlar keçirilib

23 Sentyabr 2017 23:47

Bu qidaları ətlə yeməyin

23 Sentyabr 2017 23:46

Masallıda 45 yaşlı kişi öz evini yandırdı

23 Sentyabr 2017 23:33

Şabranda yanğın olub

23 Sentyabr 2017 23:29

Bakı və Masallıda ev yandı

23 Sentyabr 2017 23:19

Neymarın komandasını dayandıran tapıldı

23 Sentyabr 2017 23:18

Azərbaycan təmsilçisi ağır atletlər arasında Avropa birinciliyinin bürünc mükafatçısı olub

23 Sentyabr 2017 23:17

"Buna xüsusi hazırlaşmışdıq" - Ayxan Abbasov

23 Sentyabr 2017 23:17

Qapalı geyimdə avtomobil idarə etmək qadağan olundu

23 Sentyabr 2017 23:15

ABŞ bombardmançıları Şimali Koreyaya yaxınlaşdı

23 Sentyabr 2017 23:03

Cüdoçularımız Serbiyada 3 bürünc medal qazandı

23 Sentyabr 2017 22:58

"Məncə, hakimin o qərarı düzgün deyildi" - Zaur Svanadze

23 Sentyabr 2017 22:57

Qəzada növbəti ağır xəsarət

23 Sentyabr 2017 22:49

Masallıda 6 otaqlı ev yandı

23 Sentyabr 2017 22:46

Öz evini qəsdən yandırdı

23 Sentyabr 2017 22:44

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33