Onu lazımi qədər qiymətləndirmirlər

Onu lazımi qədər qiymətləndirmirlər
19:42 24 Oktyabr 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

"Tottenham"in yarımmüdafiəçisi Erik Dayer komanda yoldaşı Uqo Lloris barədə fikirlərini bildirib. Goal.az xəbər verir ki, ingilis futbolçu bunları deyib:

"Mənim üçün Lloris Premyer Liqanın ən yaxşı qapıçısıdır. Onu lazımi qədər qiymətləndirmirlər. Səbəbini bilmirəm. Bəlkə də, iş onun sədəliyindədir. Llorisin yeganə məşğuliyyəti futboldur. Ötən mövsüm o, əla seyvlərlə yadda qalmışdı. Eyni şeyləri indi də davam etdirir. Rəqibin heyətində sürətli hücumçular olanda Uqo qapını tez-tez tərk etməklə son müdafiəçi kimi də oynayır. Hər kəsin futbol barədə fərqli fikirləri olsa da, onunla müqayisə ediləcək birini görmürəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR