Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir
20:05 24 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda NATO-nun "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir.

Milli.Az Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, qurumun NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, oktyabrın 24-dən Alyansın Brunssum Birləşmiş Qüvvələr Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakıda "Böhranlar zamanı psixoloji və informasiya əməliyyatları" mövzusunda təlim kursu keçirilir. 

Oktyabrın 28-dək davam edəcək kursun məqsədi böhranlara cavab əməliyyatlarında NATO-nun psixoloji əməliyyatlarının planlaşdırılması, bu sahədə əldə edilən təcrübələrə və istifadə olunan rəhbəredici sənədlərə dair təqdimatların hazırlanması, eləcə də sindikat işlərinin təşkil edilməsidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482769.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR