Noyabrın 1-dək vaxt verildi

Noyabrın 1-dək vaxt verildi
20:27 24 Oktyabr 2016
281 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarmadasında noyabrın 1-dən  analoq yayımın dayandırılması ilə əlaqədar olaraq televiziya kanalları əhalini sosial çarxlar vasitəsilə məlumatlandırır.

Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov "Report"a bildirib ki, televiziya kanallarında əhalinin analoq yayımın dayandırılacağı ilə bağlı məlumatlandırılması məqsədini daşıyan çarxların yayımı MTRŞ-nın tövsiyəsi ilə həyata keçirilir. 
Onun sözlərinə görə, əhali tərəfindən MTRŞ-yə bu məsələ ilə bağlı hər hansı müraciət olmayıb.
Ümumiyyətlə, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 27 sentyabr 2016-cı il tarixli 10 saylı qərarına uyğun olaraq, bu il noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılacaq. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixdən digər bölgələrdə də analoq TV yayımının dayandırılması həyata keçiriləcək. Televiziya tamaşaçılarından mövcud analoq TV qəbulediciləri vasitəsilə rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlığın - dekoderlərin ("Set-Top-Box"-ların) əldə olunması xahiş olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR