Bu ölkədə qadınlara siqaret satmaq qadağan olundu qa

Bu ölkədə qadınlara siqaret satmaq qadağan olundu qa
20:28 24 Oktyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən şənbə günündən etibarən Türkmənistanın dövlət mağazalarında qadınlara siqaret satışının qadağan olduğu barədə elanlar peyda olub.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, saatlarla növbə gözləyən qadınların əksəriyyəti bunu kassaya yaxınlaşandan sonra satıcılardan öyrənirlər. Satıcılar isə elanın “yuxarının tapşırığı” olduğunu bildirirlər. Aydın olan bir odur ki, belə bir qərar rəsmən verilə bilməz, çünki Türkmənistanda cinsi ayrıseçkilik qanunla yasaqdır.

Aşqabadda dövlət mağazasında siqaret növbəsi

Bəzi ekspertlər belə qərara səbəb kimi bəzi qadınların mağazalardan siqaretin qutusunu 19-20 manata alaraq, sonradan 2-3 qat baha qiymətə satmasını göstərirlər.

Lakin qadınlar hələ də özəl ticarət obyektlərində siqaret ala bilirlər, lakin burada siqaretin 1 qutusunun qiyməti 40-60 manata çatır. Ölkədə ciddi siqaret çatışmazlığı hiss olunur.

Virtualaz.org xatırladır ki, Türkmənistanda “qara bazar”da 1 ABŞ dolları 5-6 manata satılır, rəsmi məzənnə isə 3 manatdan bir qədər artıqdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/173375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR