"Joze Mourinyodan qisas almaq barədə danışmaq düzgün deyil"

"Joze Mourinyodan qisas almaq barədə danışmaq düzgün deyil"
20:32 24 Oktyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

"Chelsea"nin qapıçısı Tibo Kurtua Premyer Liqanın 9-cu turunda "Manchester United"i məğlub etdikləri oyun barədə danışıb. Goal.az xəbər verir ki, belçikalı qolkiper eks məşqçiləri Joze Mourinyodan qisas almaq fikri ilə meydana çıxmadıqlarını bildirib.

"Azarkeşlərin dəstəyi ilə oyunu başladıq və erkən qol vurduq. Rəqibin özünə gəlməsi çətin oldu. İkinci hissədə onlar oyun sxemini dəyişsələr də, "Chelsea" özünü ən yaxşı tərəfdən göstərib daha iki dəfə fərqləndi. Joze Mourinyodan qisas almaq barədə danışmaq düzgün deyil. Biz onun rəhbərliyi altnda İngiltərə çempionu olmuşduq. Ötən mövsümü o boşa vermədi. Çempion heyət əvvəlki səviyyəsində deyildi. Bunun cəzasını da baş məşqçi çəkdi".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR