Konqresdə ŞOK TƏKLİF

Konqresdə ŞOK TƏKLİF
20:57 24 Oktyabr 2016
104 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresində Beynəlxalq Münasibətlər üzrə Şura tərəfindən təşkil edilmiş qapalı müşavirənin iştirakçısı Suriya prezidenti Bəşər Əsədi öldürməklə böhranı nizama salmağı təklif edib.
Publika.az xəbər verir ki, bu haqda görüşdə olmuş mənbələrə istinadən "Foreign Policy" nəşri bildirib.
Nəşr qeyd edir ki, bu təşəbbüs tədbir iştirakçılarının təəccübünə səbəb olub. Yaxın Şərq üzrə Ağ Evin keçmiş koordinatoru Filipp Qordon bunun qeyri-qanuni və effektsiz olduğunu bildirib.
"Bu qanunsuzdur və heç nəyi dəyişməzdi. Çünki Rusiya və İranın Suriyadakı maraqları əvvəlki kimi qalacaq", - Qordon bildirib.
Nümayəndələr Palatasındakı mənbə də bildirib ki, hətta əgər hansısa səbəbdən Əsəd öldürülsə, münaqişənin mahiyyətini - Rusiya tərəfindən dəstəklənən rejimin müxalifətə qarşı münasibətini kökündən dəyişməyəcək. Məqalənin müəllfinin fikrincə, çətin ki, ABŞ-ın növbəti prezidenti də Əsədin fiziki məhvi planını bəyənsin.
Müşavirə ötən həftə keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR