Qaxda 65 yaşlı kişi sirkə turşusu içərək ölüb

Qaxda 65 yaşlı kişi sirkə turşusu içərək ölüb
20:57 24 Oktyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Qax. 24 oktyabr. REPORT.AZ/ Qax rayon sakini sirkə turşusu içərək ölüb.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhəri, Yunus Əmrə küçəsi, ev 15 ünvanında baş verib. 
Belə ki, həmin evin sakini, 1951-ci il təvəllüdlü İlidon Pavlioviç Babacanaşvili naməlum səbəblərdən sirkə turşusu içib. Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan 65 yaşlı İlidon Babacanaşvili reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlidon Babacanaşvilinin hansı səbəblərdən sirkə turşusu içməsi aparılacaq araşdırmalardan sonra bilinəcək.
Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR