Misir Səfirliyinin əməkdaşları üçün Azərbaycan dilinin öyrədilməsi müzakirə edilib

Misir Səfirliyinin əməkdaşları üçün Azərbaycan dilinin öyrədilməsi müzakirə edilib
22:17 24 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri xanım Süzan Gamil Azərbaycan prezidenti yanında Bilik Fondunun qonağı olub.
Misirin Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, görüşdə səfirə Bilik Fondunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə birgə təşkil etdiyi ərəb dili kursları, Misir mədəniyyətini nümayiş etdirən sərgilər barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin səfirliyin əməkdaşları üçün Bilik Fondu tərəfindən Azərbaycan dili üzrə təlimlərin təşkili məsələləri müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/misir-sefirliyinin-emekdaslari-ucun-azerbaycan-dilinin-oyredilmesi-meselesi-muzakire-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR