Mobil nömrə daşınma xidmətindən 12 min abunəçi yararlanıb

Mobil nömrə daşınma xidmətindən 12 min abunəçi yararlanıb
17:09 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı artır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən ilin 1 fevralından etibarən göstərilməyə başlanılan xidmətdən indiyədək 12 mindən çox abunəçi istifadə edib.

Mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə edilməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından ibarətdir. Həmçinin bununla istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinin təmin edilir.

Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR