Ana və oğlu birlikdə öldü - Bakıda ailə faciəsi

Ana və oğlu birlikdə öldü - Bakıda ailə faciəsi
22:23 24 Oktyabr 2016
477 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı qadın sürücünün idarə etdiyi minik avtomobili “KamAZ” markalı yük maşınının altında qalıb.

Hadisə nəticəsində maşının sürücüsü Leyla adlı qadın və onun azyaşlı oğlu Asəf vəfat edib. Qəzanın dəqiq səbəbləri Sabunçu rayon Polis İdarəsində araşdırılır.

Qeyd edək ki, bir neçə il öncə qadının gənc qardaşı ürək tutmasından dünyasını dəyişib. Leyla xanım atası kənddə tək qalmasın deyə, ailəsi ilə birgə şəhərdəki evlərindən onun yanına köçüb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/173383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR