x
Loading...
.

Hakimlərin gizli eşq macərası - FOTO

Hakimlərin gizli eşq macərası - FOTO
22:32 24 Oktyabr 2016
204 İdman
Ölkə mətbuatı
A- A+
.

İki hakim arasında yaşanan məhəbbət macərası... Bütün Avropa mətbuatı hazırda bu mövzudan danışır.

Milli.Az publika.az-a istinadən bildirir ki, ingiltərəli Hovard Uebb və Almaniyanın tanınmış qadın referisi Bibiana Steynhaus arasında yaxın münasibətlərin olduğu ortaya çıxıb.

Həyat yoldaşı Kaydan ayrılan Uebb ötən il hakimlik karyerasını bitirib. İndi isə onun 37 yaşlı Steynhausla birlikdə olduğu deyilir. DÇ-2010-un finalı da daxil olmaqla bir çox önəmli matçda fit çalmış Hovard tez-tez Almaniyaya gedərək Bibiana ilə vaxt keçirirmiş.

Alman referi bu münasibəti təsdiqləsə də, daha geniş məlumat verməkdən boyun qaçırıb.

Maraqlıdır ki, hakimlikdə tanınan cütlüyü əslində daha bir peşə bir-birinə bağlayır. Hər ikisinin ilk peşəsi polis olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/482644.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR