Cənubi-Afrika Respublikasında iki sərnişin qatarı toqquşub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza ölkənin şimal-şərq bölgəsində, Qautenq əyalətində baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər ölüb, 150-dək sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Milli.Az