Prezident: "Xorvatiya Azərbaycanı önəmli tərəfdaş hesab edir"

Prezident: "Xorvatiya Azərbaycanı önəmli tərəfdaş hesab edir"
23:27 24 Oktyabr 2016
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə rəsmi ziyafət verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident Kolinda Qrabar-Kitaroviç çıxışında deyib: Bu gün Bakıda, Azərbaycanda olmaq mənim üçün çox xoşdur və bu səfəri indi həyata keçirə bilmək məndə məmnunluq hissi doğurur. Bu gün çox yaxşı danışıqlarımız oldu. Biz çoxlu məsələləri əhatə etdik. Dediyim kimi, mən bir çox məsələlərlə bağlı sabahkı biznes forumu səbirsizliklə gözləyirəm. Çünki bizim mükəmməl siyasi əlaqələrimiz var. Lakin hesab edirəm ki, biz hər iki ölkənin xalqları və biznes qurumları arasında əlaqələri daha da inkişaf etdirmək üçün bundan da çox səy göstərə bilərik. Hesab edirəm ki, sabahdan etibarən biz hər iki ölkənin biznes qurumlarının bir-biri ilə daha da yaxından işləməsi üçün möhkəm zəmin yaradacağıq".

Xanım Prezident qeyd edib ki, Xorvatiya Azərbaycanı Qafqaz regionunda və eyni zamanda, Avropa, Avratlantika və qlobal təhlükəsizlik məsələləri üzrə önəmli tərəfdaş hesab edir:

"Biz Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün Sizin göstərdiyiniz səylərə dəstək olmağa davam edəcəyik və bu məsələdə Sizə uğurlar arzu edirəm. Hamımız sülh razılaşmasının BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Minsk qrupunun fəaliyyətinə əsaslanacağına ümid edirik. Biz, həmçinin Avropa İttifaqında da sizin yanınızda olacağıq. Sizi yenə də əmin etmək istəyirəm ki, həm NATO-da, həm də Avropa İttifaqında dostunuz var. Biz strateji tərəfdaşlıq razılaşmasının məqsədyönlü və həqiqətən də strateji olması üçün fəal çalışacağıq. Ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq razılaşması üzrə Zaqreb Bəyannaməsinə gəldikdə isə, düşünürəm ki, gələcəkdə birgə komissiyalar və ya başqa qurumlar vasitəsilə əsasını qoyduğumuz dostluq və tərəfdaşlıq çərçivəsinə önəm vermək üçün hər iki ölkənin hökumətinin bir-biri ilə daha da yaxından çalışmasını təmin edəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/482794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR