5 yaş cavan göstərən saç düzümləri - FOTO

5 yaş cavan göstərən saç düzümləri - FOTO
23:42 24 Oktyabr 2016
163 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sofi Loren iddia edir ki, saç düzümü günün necə keçməsinə, dolayısı ilə də həyatın da necə keçməsinə ciddi təsir edir.

Əfsanəvi aktrisanın bu fikri qulaqda qəribə səslənsə də, onda böyük məna var. Qadınların çoxu cavan görünmək üçün dərisinə ciddi-cəhdlə qulluq edir, bahalı kremlər alır. Amma saçlara qulluq məsələsində tənbəllik edir. Bu da onun olduğundan daha yaşlı görünməsinə yol açır. Halbuki bir neçə gözəllik hiyləsi ilə yaşı gizlətmək mümkündür. Bunun üçün ilk növbədə üzünüzə uyğun saç formasını tapmalısınız.

Milli.Az publika.az-a istinadən bildirir ki, qadınları 5 yaş gənc göstərən saç düzümlərini təqdim edir:

1. Qatlı saç kəsimi

Üzünüzü gənc göstərmək üçün daha qısa və daha qatlı kəsimlərə üstünlük verməlisiniz. Məsələn, üzün alt hissəsini və boynu göstərən modellər qadını cavan göstərir.

2. Rəng seçimi

Göz və dəri rənginə görə düzgün seçilmiş açıq çalarlar qadını cavan göstərmək qabiliyyətinə malikdir. Əgər çox ciddi rəng dəyişikliyi etmək istəmirsinizsə, aralara bir ton açıq rənglər atdırın.

3. Uzun yoxsa, qısa?

Qısa saç aktiv həyat tərzi və gəncliklə əlaqələndirilir. Amma üz quruluşunuz icazə vermirsə, diqqətli olun. Çünki qısa kəsim üzün ovallığını ortaya çıxarır. Ən ideal variant qulaq və çənə arasındakı uzunluqdur.

4. Həcmli olmasına diqqət yetirin

Həddindən artıq düz və solğun saçlar qadını daha yaşlı göstərə bilər. Odur ki, həddi aşmadan saçlara təbii həcm verin. Yaxud da, saç lakının köməyi ilə yüngül dalğalı modellər seçin.

5. Kəkili sınaqdan keçirin

Kəkil alındakı qırışları bağlayıb gözləri ortaya çıxaran modeldir. Daha cəlbedici görünmək istəyənlər orta qalınlıqda kəkil kəsdirə bilər.

6. Saçı ortadan ayırmaq düzgün qərardır?

Ortadan ayrılmış saçlar üz ifadəsinə ciddilik və sərtlik verir. Halbuki daha dağınıq saçlar azad ruhlu olduğunuzu ön plana çıxarır.

7. Gündəlik modellər rahat olmalıdır

Saçı həddindən artıq şişirtməyin və çox retro modellər seçməyin. Ziyafət saç düzümlərində də artıq təbiilik dəbdədir. Odur ki, maksimum sadə olmağa və təbii gözəlliyinizi vurğulayan modelləri seçməyə çalışın. Sadə hörüklər və ya dağınıq toppuzlar sizi daha effektli göstərəcək.

Əgər saçınızı toplamağa qərar vermisinizsə, rezini çox sıxmayın. Saçlarda təbii dağınıqlıq və düşünülmüş səliqəsizlik hiss olunmalıdır. Əgər uzun və düz saç modelini sevirsinizsə, azca jele istifadə edərək saçlarda üsyankar xaos yarada bilərsiniz.

Ümumiyyətlə, saç lakları və jeledən çox istifadə etmək məsləhət deyil. Çünki bu məhsullar sizi daha yaşlı göstərəcək. Bu qayda həm gündəlik, həm də ziyafət modelləri üçün keçərlidir.

Əgər saç aksessuarı istifadə etməyi düşünürsünüzsə, ucuz və bəsit bəzəklər seçməyin. Plastik daraq sancaqları, uşaq broşları və ya məxmər abadokları unudun.

Saçlarınızı buruqmaq istədiyiniz zaman böyük biqudilər və ya saç maşaları istifadə edin. Bu zaman dalğalar daha həcmli görünəcək.

Ən əsası saçlarınıza yaxşı qulluq edin. Əgər saçlarınız sağlam və güclüdürsə, istənilən saç düzümündə cavan və təravətli görünəcəksiniz.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/482619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR