Kamerunda baş vermiş qatar qəzasında ölənlərin sayı 80-ə çatıb

Kamerunda baş vermiş qatar qəzasında ölənlərin sayı 80-ə çatıb
00:27 25 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Kamerunda baş vermiş qatar qəzası nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 600-dən çox insan xəsarət alıb. Ölkənin nəqliyyat naziri Edqar Mebe Nqo bildirib ki, ölənlərin sayı arta bilər. Onun sözlərinə görə, dağıntılar arasında daha bir neçə nəfər qalıb.
Qeyd edək ki, sərnişin avtobusu ölkə paytaxtı Yanudadan Kamerunun iqtisadi mərkəzi və ən iri şəhəri sayılan Duala istiqamətində hərəkətdə olub. Yolun 120 km-də qatar relsdən çıxıb və bir neçə sərnişin vaqonu aşıb.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kamerunda-bas-vermis-qatar-qezasinda-olenlerin-sayi-80-e-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR