Əfqanıstanda 32 "taliban"çı öldürülüb

Əfqanıstanda 32 "taliban"çı öldürülüb
06:42 25 Oktyabr 2016
35 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Taliban" silahlılarının Əfqanıstanın şimal vilayəti Cauzdanın Feyzabad rayonunu ələ keçirmək məqsədilə başladıqları hücum əməliyyatı uğursuzluğa düçar olub.
"Report"un məlumatına görə, bu barədə vilayətin rəsmi nümayəndəsi Rza Qafori "Sinxua" agentliyinə xəbər verib.
Məlumatda bildirilir ki, əməliyyatın qarşısının alınması zamanı 32 silahlı öldürülüb.
"Taliban"çıların Feyzabad rayonuna hücumları dəf edildi. Silahlılar böyük uğursuzluğa düçar oldular. Onlar döyüş meydanında 32 meyit qoyaraq gizləndilər" – deyə Rza Qafori bildirib.
O, qeyd edib ki, ağır döyüşlər iki gün davam edib. Əməliyyat zamanı 60-dan çox silahlı yaralanıb.
Rza Qaforinin sözlərinə görə, əməliyyat zamanı qonşu Mandjiqak rayonunun polis rəisi də öldürülüb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-32-taliban-ci-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR