Qızıl mədənində uçqun: 11 nəfər yerin altında qaldı

Qızıl mədənində uçqun: 11 nəfər yerin altında qaldı
06:54 25 Oktyabr 2016
73 Digər
Ölkə mətbuatı
A- A+

İndoneziyanın Sumatra adasında qızıl mədənlərindən birinin çökməsi nəticəsində azı 11 nəfər  yerin altında köməksiz vəziyyətdə qalıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Cambi əyalətində baş verib.

 

İlkin məlumatlara əsasən, mədən su basma nəticəsində çöküb.

 

Bildirilir ki, qəzaya düşənlər qeyri-qanuni qızıl hasilatı ilə məşğul olan yerli sakinlərdir.

 

Hadisə yerinə xilasedicilər göndərilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR