Bakıda qohum qohumunu taxta ilə döydü

Bakıda qohum qohumunu taxta ilə döydü
07:47 25 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+
x

Bakıda 34 yaşlı kişi qohumu tərəfindən ölümcül döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
 
Badamdar qəsəbəsində, "Yeni massiv" adlanan ərazidə 1982-ci il təvəllüdlü Babayev Amil Təyyaz oğlu yaşadığı evdə qohumu ilə mübahisə edib. Mübahisə zamanı hələlik adı məlum olmayan qohumu A.Babayevin baş nahiyəsinə taxta ilə bir neçə dəfə vurub.
 
Ağır xəsarət alan A.Babayev 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, o kəllə-beyin travması alıb. Hazırda A.Babayevin vəziyyəti stabil ağırdır.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR