Galaxy Note 7 alıcılarına pulsuz Galaxy S8 hədiyyə

Galaxy Note 7 alıcılarına pulsuz Galaxy S8 hədiyyə
07:47 25 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti Galaxy Note 7 almış istifadəçilər üçün yeni kompensasiya proqramını elan edib.

Belə ki, Galaxy Note 7 alıcılarına gələn il satışa çıxacaq Galaxy S8 smartfonunun tamamilə pulsuz veriləcəyi açıqlanıb. Artıq hamıya məlumdur ki, partlamaları səbəbindən şirkət Note 7 seriyasının istehsalını dayandırmışdır. Sözügedən smartfonun alıcılarına isə smartfonu, Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişdirilməsi təklif olunur.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni kompensasiya proqramı isə Note 7 smartfonlarının, satışı gələn ilin Mart ayına planlaşdırılıan Galaxy S8-ə dəyişilməsi imkanını verir. Daha əvvəl "Samsung" Note 7 istifadəçilərinə şirkətin digər smartfonunu almaqlarına 100$ endirim, digər istehsalçının smartfonunu almaqlarına isə 25$ endirim edirdi. Qeyd etmək lazımdır ki, şirkət keçən həftə Note 7 smartfonlarının satışlarını və istehsalını dayandırdı. Şirkət, ona gəlmiş zərəri Galaxy S7 və Galaxy S7 Edge smartfonlarının satışları ilə yüngülləşdirmək və yeni cihazların təhlükəsizliklərinin təmin edilməsi üzərində diqqətini cəmləyəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR