Monreal sərgisində Azərbaycan pavilyonu - FOTO

Monreal sərgisində Azərbaycan pavilyonu - FOTO
08:17 25 Oktyabr 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Kanadadakı səfirliyi, Kvebek Azərbaycanlıları dəstəyi ilə oktyabrın 21-23-dək Monreal Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycan pavilyonu təşkil edilib. 

Səfirlikdən Milli.Az-averilən məlumata görə,  Monreal Beynəlxalq Turizm və Səyahət sərgisi Kanadada bu sahədə keçirilən ən böyük tədbirlərdən biridir və hər il 33 minə yaxın adam sözügedən sərgidə iştirak edir.
 
Sərgi çərçivəsində Monreal və bu şəhərin qonaqları Azərbaycanın turizm imkanları barədə ətraflı məlumatlandırılıb, onlara ölkəmizin tarixi, təbiəti, mətbəxi, arxitektura abidələri və s. barədə təşviqat xarakterli materiallar paylanılıb. Sərgi zamanı kanadalılar Azərbaycana böyük maraq göstərmiş və ümumən 1000-ə yaxın təşviqat materialı sərgi iştirakçıları arasında yayılıb.     

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/482810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR