İspaniyanın milli futbol məşqçiləri hazırlayan məktəbinin (CENAFE) rəhbərliyi suriyalı qaçqın Osama Abdul Moşen ilə bağladığı birillik iş müqaviləsini uzatmamaq qərarına gəlib. Moşenin ispan dilini öyrənməməsi onun işində ciddi çətinliklər yaradıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktəbin rəhbəri Migel Anhel Qalan 2017-ci ilin fevralında müqaviləyə yenidən baxılacağı ehtimalını da deyib. Bunun üçün Moşeyə dil biliklərini yaxşılaşdırmaq şərti irəli sürülüb.
Osama Abdul Moşen macar jurnalistinin ona vurduğu badalaqla gündəmə gəlmişdi. Məhz bu hadisə ilə bağlı yaranan qalmaqaldan sonra suriyalı qaçqın İspaniyaya köçərək CENAFE-nin təklifi ilə burada işləməyə başlamışdı. Moşen iki övladı ilə bərabər bütün xərcləri CENAFE tərəfindən ödənilən evdə yaşayırdı.
Milli.Az