Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib

Uruqvayın keçmiş prezidenti dünyasını dəyişib
08:32 25 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ Uruqvayın keçmiş prezidenti Xorxe Batle 88 yaşında dünyasını dəyişib.
"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Oktyabrın 13-də keçmiş prezident huşunu itirmiş və xəstəxanaya yerləşdirilmişdi.
Sağ mərkəzçi "Kolorado" partiyasından olan Batle 2000-2005-ci ildə prezident postunu tutub. 2002-ci ildə onun təşəbbüsü ilə Uruqvayla Kuba arasındakı diplomatik münasibətlər pozulub. Bundan başqa, Cənubi Amerikanın bu ölkəsində ən böyük bank böhranı da 2002-ci ilə - Batlenin prezidentliyi dövrünə təsadüf edir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/uruqvayin-kecmis-prezidenti-88-yasinda-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR