İmişlidə yük maşını qaçırılıb

İmişlidə yük maşını qaçırılıb
08:37 25 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə yük maşını qaçırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə  ötən gün  rayonun daş bazarında qeydə  alınıb.
 
Naməlum şəxs və ya şəxslər  tərəfindən mişar daşı ilə yüklənmiş "KAMaz" markalı  avtomaşın oğurlanıb.
 
Səhər saatlarında əraziyə gələn sürücülər avtomobilin oğurlandığından xəbər tutublar. Az sonra sürücülər yük avtomobilini yaxınlıqda olan kolluqda aşkar ediblər. Avtomobildə olan 900 ədəd daşın oğurlandığı məlum olub.
 
Naməlum oğrular digər avtomobilləri qaçırmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Lakin avtomobillərin bir qisminə ziyan vurublar.
 
Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/482804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR