Klinton Trampı 5% qabaqlayır

Klinton Trampı 5% qabaqlayır
08:42 25 Oktyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 5 faiz qabaqlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, CNN telekanalının ORC şirkəti ilə birgə keçirdiyi son sorğuya əsasən, Klinton seçicilərin səsinin 49 faizini, Tramp isə 44 faizini toplaya bilər.
 
Sorğu 20-23 oktyabr tarixlərində keçirilib.
 
Ötən gün ABC telekanalı tərəfindən keçirilən rəy sorğusunun nəticələrinə görə, sabiq dövlət katibi milyardçı rəqibini 12% qabaqlayıb.
 
Xatırladaq ki, noyabrın 8-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR