Necə ki, qocalıq müxtəlif cür xəstəliklərə şərait yaradır, günahların da açarı vardır.
Günahların açarlarını tanıyaq:
1. Həsəd.
İnsanı müxtəlif günahlara: töhmət, yalan, sui-zənn kimi günahlara vadar edər. İmam Sadiq (ə) buyurur: "Necə ki, atəş odunu udar, həsəd də imanı udar". Paxıl insan qarşı tərəfi məğlub etmək üçün əlindən gələn hər şeyi edər.
2. Simiclik və hərislik.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, simic insan infaq etməz, zəkat və xümsünü verməz. İnsanlar simic insandan narahat olarlar. Bu da sui-zənnə gətirib çıxardar. İmam Əli (ə) buyurur: "Simic, bütün pislikləri toplayar".
Hərislik də bir çox günahlara səbəb olar o cümlədən: baha satma, rüşvətxorluq, təqvasızlığın müxtəlif növləri.
3. Yalan.
Yalan - günah qapısının ən böyük açarıdır. Əgər bu qapı açılarsa, o biri günahlar üçün şərait yaradar. Bu günahdan yüzlərlə günah doğar. İmam Həsən Əsgəri (ə) buyurur: "Bütün çirkinliklər bir otaqda qərar tutur. Onun açarı isə yalandır".
4. Qəzəb və pis əxlaq.
Qəzəb qeybətə, söyüşə və müxtəlif çirkinliklərə şərait yaradar. İmam Həsən Əsgəri (ə) buyurur: "Qəzəb hər bir pisliyin açarıdır".
Günahın açarlarına o cümlədən: pis güman, haramxorluq, şərabxorluq, təkəbbür və sair daxildir.
Milli.Az