Bizdə də audio kitabxana yaradılır

Bizdə də audio kitabxana yaradılır
08:52 25 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın gələcəkdə Azərbaycanın mobil rabitə şəbəkəsinin abunəçiləri üçün audiokitabxana istifadəyə veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, layihə adı hələ açıqlanmayan mobil operatorun korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçiriləcək.

Məqsəd gözdən əlil və görmə qabiliyyəti zəif olanların ədəbi əsərlərə çıxışını təmin etməkdir. Əsas vəzifə istifadəçilər üçün rəqəmli audio kontentin formalaşdırılması və kitabların audio formata keçirilməsidir.

Qeyd edək ki, son vaxtlar audiokitablardan istifadə edənlərin sayı artmaqda davam edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR