FETÖ-nün “Dərnəklər abisi” tutulub

FETÖ-nün “Dərnəklər abisi” tutulub
08:57 25 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Ərzurumda "Fətullahçı Terror Təşkilatı"na (FETÖ) qarşı araşdırmalar çərçivəsində təşkilatın Şərqi Anadolu bölgəsindəki "Dərnəklər abisi" kimi tanınan iş adamı həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, həbs edilən şəxs Şərqi Anadolu İş adamları Dərnəkləri Federasiyasının baş katibi Halim Gökçedir. Polisə onun Ərzurumun Otu qəsəbəsində bir evdə gizləndiyi barədə məlumat daxil olub. Məlumat əsasında əməliyyat keçirilib və iş adamı tutulub.
 
Məlumata görə, Hakim Gökçe bölgədə FETÖ-yə aid dərnəkləri idarə edib və təşkilatın "dərnəklər abisi" kimi tanınıb. O, iş adamlarında təşkilata qarşı rəğbət yaratmaq üçün tez-tez onları xarici səfərlərə aparırmış. Bundan başqa, şübhəli şəxsin dərnəkdən ayrılmaq istəyən iş adamlarını hədələdiyi, eləcə də, terror təşkilatının adından pul topladığı da bildirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR