Cənub bölgəsinə qar yağır

Cənub bölgəsinə qar yağır
09:32 25 Oktyabr 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran. 25 oktyabr. REPORT.AZ/ Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır. 
"Report"un Cənub bürosu xəbər verir ki, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.
Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb. 
Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.
Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.





Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/cenub-bolgesine-qar-yagir-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR