Atəşkəs iriçaplı pulemyotlarla pozuldu

Atəşkəs iriçaplı pulemyotlarla pozuldu
09:39 25 Oktyabr 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.
 

 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 


İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/257545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR