Siqareti tərgitmək istəyənlərə dövlət yardım edəcək

Siqareti tərgitmək istəyənlərə dövlət yardım edəcək
09:46 25 Oktyabr 2016
44 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanda siqareti tərgitmək istəyənlərə dövlət tərəfindən yardım ediləcək.

Axşam.az bildirir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi tərəfindən hazırlanan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun lahiyəsində öz əksini tapıb.

Qanun layihəsində siqareti tərgitmək istəyənlər üçün xüsusi dövlət proqramı əsasında dövlət, bələdiyyə və özəl səhiyyə müəssisələrində pulsuz yardımın göstərilməsi nəzərdə tutulur.

Qanun layihəsində həmçinin siqaretin uşaqlara, yeniyetmələrə satılmaması məsələsi öz əksini tapıb. Bundan əlavə, qanun layihəsində siqaret əleyhinə təbliğatın aparılması, bir çox qapalı məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59836

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR