x
Loading...

Ana və oğulun faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Ana və oğulun faciəli ölümü ilə bağlı cinayət işi başlandı
10:17 25 Oktyabr 2016
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəza hadisəsi baş verib.

Milli.Az bildirir ki, Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 24-də axşam saatlarında Sabunçu rayonunun Balaxanı-Binəqədi şossesində baş verib.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Mərdanovanın idarə etdiyi "Hyundai" markalı avtomobillə Arif Nuriyevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində L.Nuriyeva və onun oğlu, 2007-ci il təvəllüdlü Asəf Mərdanlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/482853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR