XIN: Aİ xüsusi nümayəndəsinin Karen Mirzəyan ilə görüşü əvvəlcədən Azərbaycanla razılaşdırılıb

XIN: Aİ xüsusi nümayəndəsinin Karen Mirzəyan ilə görüşü əvvəlcədən Azərbaycanla razılaşdırılıb
10:27 25 Oktyabr 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Yerevanda Karen Mirzəyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyıb. Bu görüş əvvəlcədən Azərbaycan tərəfi ilə razılaşdırılıb".
Bu barədə "Report"a Azərbaycan  XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Karen Mirzəyanın Yerevanda Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber ilə görüşünə münasibət bildirərkən deyib.
H.Hacıyev qeyd edib ki, Bakıda səfəri müddətində Herbert Zalber Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək: "Heç şübhə etmirik ki, bir gün Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları əmin-amanlıq şəraitində və ləyaqətli şəkildə Azərbaycanın bu regionunda yenə birgə yaşayacaqlar. Ona görə də Dağlıq Qarabağın hər iki icması arasında sülh, razılaşma və birgə yaşama istiqamətində səylərin davam etdirilməsi vacib əhəmiyyət kəsb edir. Biz xüsusi diqqət ayrılmalı olan bu məsələləri bütöv barışıq prosesinin vacib aspektləri kimi nəzərdən keçiririk".

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/xin-ai-xususi-numayendesinin-karen-mirzeyan-ile-gorusu-evvelceden-azerbaycanla-razilasdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR