Azərbaycan filmi beynəlxalq festivalda

Azərbaycan filmi beynəlxalq festivalda
10:41 25 Oktyabr 2016
36 Şou
Ölkə mətbuatı
A- A+

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi “Listapad” Minsk Beynəlxalq Film Festivalına dəvət alıb.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a verilən məlumata görə, festival 4-11 noyabr tarixlərində Belarusiyanın Minsk şəhərində baş tutacaq. “Dərs” festivalın “Listapadik” uşaq filmləri müsabiqə proqramı çərçivəsində nümayiş etdiriləcək. “Listapadik” müsabiqə proqramında Azərbaycanla yanaşı, Belçika, Bolqarıstan, Almaniya, Fransa və ABŞ rejissorlarının filmləri yer alıb.

Qeyd edək ki, “Dərs” tammetrajlı bədii filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınmışdır.

Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. “Dərs” Rusiyanın 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırırlar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59845

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR